Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Böyük Qayıdış” layihəsi sürətlə icra edilir

0

  • Bəli, budur Ali Baş Komandanımızın nida işarəsi ilə bitən cümləsinin reallığa çevrildiyini sübut edən günlər. Bu, bir tarixdir, yaşanır Azərbaycan xalqı üçün. Möhtəşəm bir tarix. Xalqımızın yeni əsirimizdəki yeni qəhrəmanlıq salnaməsi. Artıq 30 illdir işğalda, erməni qəsbkarlarının təzyiqi altında inildəyən torpaqlarımız Ali Baş Komandanımızın səyi, siyasəti və müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində azad olundu. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bu torpaqlara səfər edib qarış-qarış gəzirlər. Bu səfərlər onların ürəyində yaratdığı sonsuz Vətən sevgisinin və xalqa olan bağlılığının daha bir təcəssümüdür. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Dövlətimizin başçısı ümumi uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Cənab Prezident bildirdi ki, Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsi icra ediləcək. Bu gün layihəyə start verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu, dağılmış Ağalı kəndidir. Bərpa ediləcək birinci kənd məhz bu kənddir. Dövlətimizin başçısına Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsi barədə məlumat verildi. Bildirildi ki, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə nəinki bərpa edilməsi və yenidən qurulması planlaşdırılır, hətta orada “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. Hazırkı pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Qarabağa “Böyük Qayıdış” layihəsi start götürmüşdür. İşğaldan zad olunmuş torpaqlarımızda həyat yenidən qaynayacaq, dağılmış yurd yerlərimiz abad ediləcək. Ölkə başçısı öz çıxışında bir daha vurğulayaraq qeyd etdi ki, Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin. Bərpa işləri arasında elektrik enerjisi təchizatı, əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə məşğul olmağa başlamışıq. İlk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilmişdir və birinci mərhələ başa çatıb. “Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir. Azərbaycan Ordusunun hünəri, xalqımızın həmrəyliyi və Ali Baş Komandanımızın qətiyyəti ilə Qarabağı işğaldan azad etdik. Vətən Müharibəsində düşmən üzrərində əldə etdiyimiz Şanlı Qələbə xalqımızın 30 ilə yaxın yurd həsrətinə son qoydu. İndi bütün keçmiş məcburi köçkünlər doğma torpaqlara qayıdacağı günə hazırlaşırlar.Qalib Quliyev,Xocalı rayon ziyalısı17.02.2021
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib53 dəfə
    “Böyük Qayıdış” layihəsi sürətlə icra edilir

    Maraqlı gələ bilər
    62
    44
    61
    107
    53
    53